08 sentyabr 2019 12:50
120

Gürcüstan parlamenti bu gün hökumətin yeni tərkibini təsdiq edəcək

Gürcüstan parlamentində baş nazirin və hökumətin yeni üzvlərinin təsdiqi ilə bağlı müzakirələr başlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün parlament bütövlükdə çıxışları dinləyib hökumətin yeni tərkibini təsdiq etməlidir.

Əvvəlcə Baş nazir vəzifəsinə Qeorqi Qaxarianın namizədliyi təsdiq olunmalıdır.

Artıq Q.Qaxaria və nazir postuna namizədlər parlamentin komitələrində və fraksiyalarda çıxış edib, öz proqramlarını təqdim ediblər.

Bəzi müxalifət partiyaları hökumətin təsdiqi ilə bağlı səsvermədə iştirak etməyəcəklərini bildiriblər.

İştirakçılar sabiq daxili işlər naziri Q.Qaxarianın baş nazir vəzifəsinə namizədliyinə etiraz edirlər.

Qeyd edək ki, sabiq baş nazir Mamuka Baxtadze sentyabrın 2-də vəzifəsindən istefa verib.