12 fevral 2020 16:19
647

Gürcüstan prezidenti iqtidar-müxalifət dialoqunun bərpasında iştirak etməyə hazırdır

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim partiya və müxalifət arasında dialoqla bağlı bəyanat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət başçısı dialoqun bərpa olunmasında iştirakını təklif edib.

Sənəddə qeyd olunub ki, S.Zurabişvili bu prosesə hansı formada qatılması ilə bağlı məsələni vasitəçi səfirlərlə müzakirə edəcək.