07 aprel 2020 19:21
1068

Gürcüstanda 45 pasiyent koronavirusdan sağalıb

Gürcüstanda daha altı pasiyent koronavirusdan sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından tam müalicə olunanların sayı 45 nəfərə çatıb.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirus 195 nəfərdə aşkarlanıb, onların 3-ü ölüb.

Hazırda karantində 4 708, stasionar nəzarətdə isə 370 nəfər var.