28 may 2020 16:07
896

Gürcüstanda 738 koronavirusa yoluxan var

Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 738 nəfərə çatıb. Bu virusdan sağalanların sayı isə 573 nəfər təşkil edir.

Bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi “stopcov.ge” saytında bildirilir.

Məlumata görə Gürcüstanda COVID-19 virusundan ölənlərin sayı 12 nəfərə çatıb.

Hazırda Gürcüstanda 3076 nəfər karantində, 250 nəfər isə stasionarda saxlanılır. //AZƏRTAC