26 iyul 2020 12:44
487

Gürcüstanda daha 14 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 14 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 131 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka ərzində 3 nəfər koronavirusdan sağalıb. Bildirilir ki, koronavirusdan sağalanların ümumi sayı 920 nəfər, ölənlərin sayı isə 16 nəfər təşkil edir.