29 sentyabr 2020 11:54
709

Gürcüstanda gündəlik yoluxma halları 500-ə çata bilər

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı yenidən artıb. Son sutka ərzində ölkədə daha 314 nəfərdə koronavirus aşkarlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son 24 saat ərzində 270 nəfər koronavirusdan sağalıb, 1 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 5866 nəfərə, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 33-ə çatıb.

Hazırda 5637 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Gürcü ekspertlərin fikrincə ölkədə yoluxma halları gündəlik 500 nəfərədək arta bilər.

"Amma narahatçılığa əsas yoxdur və vəziyyət tam nəzarət altındadır", - deyə ekspertlər vurğulayırlar.