08 yanvar 2020 17:01
118

Gürcüstanda iki nəfər “donuz qripi”ndən ölüb

Gürcüstanda son 5 ayda iki nəfər “donuz qrupi” (H1N1) virusundan ölüb.

 Bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O, qeyd edib ki, ölüm faktlarından biri İmereti rayonunda, digəri isə Acarıstan Muxtar Respublikası ərazisində qeydə alınıb. //APA