18 may 2020 12:18
303

Gürcüstanda koronavirusa yoluxanların sayı 700 nəfəri keçib

Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 701-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytından məlumat verilir.

Gürcüstanda 432 nəfər bu xəstəlikdən müalicə olunub, 12 nəfər ölüb.

Hazırda 3890 nəfər karantində, 357 nəfər isə stasionarda saxlanılır. //AZƏRTAC