09 avqust 2020 13:54
871

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutka ərzində daha 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 225-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 1 000 nəfər sağalıb. Ölkədə 208 aktiv koronavirus xəstəsi var.