20 oktyabr 2020 13:28
699

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı və bu virusdan ölənlərin sayı kəskin artıb.

Son sutka ərzində ölkədə daha 1 194 nəfərə koronavirus diaqnozu qoyulub, 328 nəfər sağalıb, 15 pasiyent isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 19 min 857-ə, sağalanların sayı 8 min 666-a, pandemiya qurbanlarının sayı isə 153-ə çatıb. Hazırda Gürcüstanda karantində 6 407, stasionar nəzarətdə isə 2 862 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1420 nəfər xüsusi otellərdə müalicə olunur.