24 noyabr 2020 11:37
532

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 111 mini keçib

Gürcüstanda son sutka ərzində 3128 nəfərdə koronavirusa yeni yoluxma halı təsdiqlənib. Daha 39 nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 111 min 818-ə çatıb. Onların 92 215-i sağalıb, 1 051-i isə həyatını itirib.

Hazırda karantin rejimində 2 102, stasionar nəzarətdə 6 192 nəfər saxlanılır. Yüngül simptomları olan 3 739 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Yoluxma sayına görə, paytaxt Tbilisi yenə də liderdir. Tbilisidə son 24 saat ərzində COVID-19-a yoluxanların sayı 1504 nəfərə çatıb.