27 oktyabr 2020 12:38
554

Gürcüstanda koronavirusdan ölənlərin sayı artıb

Gürcüstanda son sutka ərzində koronavirusa 1 824 yeni yoluxma halı qeydə alınıb, 1 262 nəfər sağalıb, 23 pasiyent isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 32 min 127-yə çatıb. Sağalanların sayı 12 632, ölənlərin sayı isə 238 olub. Hazırda karantində 3 757, stasionar nəzarətdə 3 847 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 249 nəfər isə xüsusi otellərdə müalicə alır.