27 iyul 2020 11:00
391

Gürcüstanda yoluxma sayı 1137 nəfərə çatdı

Gürcüstanda yeni növ koronavirusa sutka ərzində 6 nəfər yoluxub.

Trend-in məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.

İndiyə qədər infeksiyadan 16 nəfər vəfat edib, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur.