03 iyun 2020 15:38
791

Gürcüstanın Baş Naziri istefa verir

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir. “İki sahil” APA-ya istinadən xəbər verir ki, bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb. Xəbərə münasibət bildirən hakim Gürcü Arzusu partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze isə jurnalistlərə açıqlamasında bunun doğru olmadığını bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl “Mtavari arxi” telekanalı da Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefa verəcəyi və onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin əvəz edəcəyi ilə bağlı məlumat yayıb.