05 mart 2020 15:04
2029

Gürcüstanın Müdafiə naziri Azərbaycana gələcək

Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 6-dək davam edəcək.