07 noyabr 2019 11:09
82

Gürcüstanın Təhsil naziri gözlənilmədən istefa verib

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili noyabrın 7-də vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin bugünkü iclasında bildirib. O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.

Xatırladaq ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini tuturdu.