12 iyun 2019 10:19
164

Gürcüstanın valyuta ehtiyatları artıb

Gürcüstanın valyuta ehtiyatları artaraq müstəqillik illərində ən yüksək həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat Gürcüstan Milli Bankına istinadla məlumat yayıb.

Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin valyuta ehtiyatları 2019-cu il mayın 31-nə 3,7 milyard ABŞ dolları olub.

May ayında valyuta ehtiyatları 95,5 milyon dollar və ya 2,6 faiz, ilin əvvəlindən mayın 31-dək isə 428,2 milyon dollar və ya 13 faiz artıb.