08 fevral 2019 16:59
365

Gürcüstanlılar erməni terrorçuya büst qoyulmasına etiraz edirlər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş terrorçu Mixail Avaqyana Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində büst qoyulmasına etiraz əlaməti olaraq azərbaycanlılar tərəfindən Gürcüstan parlamentinin qarşısında keçirilən aksiya davam edir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

O qeyd edib ki, hazırda çıxışlar davam edir və Azərbaycanla Gürcüstan arasında dostluq haqqında fikirlər səsləndirilir:

"Aksiya iştirakçıları olan ağsaqqallar, gənclər, qeyri-hökumət təşkilatları, eyni zamanda, gürcü qardaşlarımız çıxışlarında bildirdilər ki, bu heykəlin qoyulması təxribatdır və sökülməlidir”.