18 noyabr 2019 15:41
822

Güzəştli səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb

Ötən həftə Xaçmaz, Quba, Şabran, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Hacıqabul, Saatlı, Neftçala və Salyan rayonlarında mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı həyata keçirilib.

12 rayon üzrə 13 kənddə baş tutan səyyar  gübrə satışından 60 kənddən 339 vətəndaş yararlanıb. Ümumilikdə isə sentyabr ayının 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi, Sabirabad və Salyan rayonları üzrə 577 kənd daxil olmaqla səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barədə məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək elanlarla tanış olmaq mümkündür.

Qeyd edək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti sentyabr ayından etibarən tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirir.