22 oktyabr 2019 10:28
767

Güzəştli şərtlərlə səyyar gübrə satışından 3367 vətandaş yararlanıb

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Sentyabrın ayının10-dan bugünə kimi Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab və Balakən rayonları üzrə 312 kənd daxil olmaqla səyyar gübrə satışından 3367 vətandaş yararlanıb. Ötən həftə keçirilən səyyar gübrə satışından 72 kənd üzrə 602 vətəndaş yararlanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müqaricət etməsinə ehtiyac yaranmır.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.