27 yanvar 2019 21:15
196

Haaqada partlayış olub

Bu gün Haaqa şəhərində partlayış olub.

Hadisə barədə RTL portalı məlumat yayıb. Partlayış nəticəsində bir neçə binanın fasadı dağılıb. Hadisə yerinə xilasedicilər və tibb işçiləri gəlib. Portalın məlumatına görə, dağıntılar altında insanlar qala bilər. Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.

İlkin informasiyaya əsasən, partlayış üç binanı zədələyib, onların sakinləri təxliyə edilib. Hazırda binaların dağılmasının davam etməsi təhlükəsinin mövcud olduğu bildirilir.