23 yanvar 2020 13:12
1859

“Hacı Murat”ı elə hala gətirdi ki... - 200 min lirəyə satmadı! - FOTO

Xalq arasında ləqəbi “hacı Murat” olan bu avtomobil modeli bir müddət Türkiyədə damğasını vurmuşdu. Türkiyədə hələ də “Murat 124” modelinin pərəstişkarları var.

“İki sahil” xəbər verir ki, Zonquldağın Gökçebey rayonunda avtotəmir ustası atası ilə birlikdə işləyən 25 yaşlı Səməd Öztürkoğlu 2 min lirəyə aldığı “Tofaş”ın  “Murat 124” markalı modelini 10 min lirəyə xərcləyərək original formasına uyğun olaraq yeniləyib.

1197cc-lik mühərriki 65 at gücünə sahib nəqliyyat vasitəsini saatda 170 km sürətləsürmək olur. Yararsız vəziyyətdə olan 1974-cü il modelli “Murat 124”ü tamamilə orijinal hissələri ilə elə gətirdi ki, görənlər gözlərinə inana bilmədi. 12.500 lirəyə başa gələn avtomobilə 200 min türk lirəsi təklifi də gəldi. Ancaq gənc nəqliyyat vasitəsini satmaq istəmir.

“Murat 124” xalq arasında “Hacı Murat” ləqbli bu avtomobil 1971-ci ildə Bursada “Tofaş” fabrikində yığılıb. Türkiyədə xarici modellərdən ilk yığılan  avtomobildir.

Atası Aydın Öztürkoğlunun avtotəmir yerində Türkiyənin dörd yanından aldığı orijinal parçalarla avtomobili yenidən yığdı. Öztürkoğlu 1 ildə tamamladığı avtomobili daxili döşəməsindən boyasınadək, mühərrikdən detallarınadək yenilədi. Səməd Öztürkoğlu 10 min lirəyə xərclədiyi uşaqlıqdan arzuladığı maşını - “Murat 124” modelini özü istifadə edir. Səməd Öztürkoğlu maşını satın aldığını və iş yerində gecə-gündüz işləyərək yenilədiyini söylədi.

Avtomobili atasının da köməyi ilə yenidən yığdığını açıqlayan S.Öztürkoğlu bunları dedi: "Aldığımızda yararsız halda idi. Yalnız kapotları ilə 4 ay məşğul olduq. Sonra mexanizmi qaydaya saldıq. Mühərriki yenilədik. İnternetdə sifariş verərək hissələrini tapdıq. Orijinallığını qorumağa çalışdıq. Orijinalından başqa başqa hissələri yoxdur. Ümumilikdə təmirinə 10 min lirə xərclədim. Bundan demək olar ki, bazarda yoxdur."