11 avqust 2019 10:02
121

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabulda iki avtomobil toqquşub, 17 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb. Magistralda hərəkətdə olan “Mercedes” markalı mikroavtobusla “Ford” markalı minik avtomobili toqquşub.

Yaralılar Şirvan Şəhər və Kürdəmir Rayon Mərkəzi xəstəxanalarına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.