11 mart 2020 10:58
2447

Hadisə yarıçılpaq videosunu sildi -  VİDEO

Türkiyəli müğənni Hadisənin yeni sevgilisi ilə başı dərddədir. 

“İki sahil” xəbər verir ki, məşhur müğənni Hadisə və aktyor Kaan Yıldırım keçən aydan eşq yaşayırdı. Yeni sevgisi ilə sosial medianın gündəminə bomba kimi düşən cütlüyün biri olan Kaan Yıldırım, Hadisəyə sosial media hesabındakı cəsarətli paylaşımına ilk müdaxiləsini edib.

İfaçının yeni sevgilisi Kaan Yıldırımın qısqanclığı onu geri addım atmağa məcbur edib. Belə ki, sənətçi bir zamanlar yarıçılpaq geyimdə yayımladığı, 15 milyon baxış sayı olan Reynmenin “Ela” mahnısı fonunda rəqs edərkən çəkilən videosunu silmək məcburiyyətində qalıb.  Hadisə minlərlə şərh alan və pərəstişkarları arasında çox populyar olan rəqs videosunu "İnstagram" hesabından sildi.