31 may 2020 11:37
1196

Hadisə “O səs Türkiyə”dən gedir? 

Reytinqləri alt-üst edən, Azərbaycan ifaçılarının da tez-tez qatıldığı "O səs Türkiyə" mahnı müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub.

 

"İki sahil" xəbər verir ki, vokal müsabiqəsinin təkrarolunmaz münsifləri Hadisə ilə Murat Boz Acun Ilıcalının “münsiflər dəyişəcək” açıqlamasından sonra sosial media hesablarında paylaşımları ilə “O səs Türkiyə”dən uzaqlaşmalarına işarə vurublar.

Onlar “O səs Türkiyə”də çəkilmiş şəkillərini paylaşaraq, sanki ayrılıq mesajını veriblər. Məsələ ilə bağlı sosial media əhli hər iki sənətçiyə və müsabiqənin rəhbəri A.İlıcalıya suallar ünvanlasalar da, bununla bağlı hələ bir açıqlama verilməyib.

“O səs Türkiyə”nin digər münsifləri - Beyazit Öztürklə Seda Sayanın müsabiqədə qalıb-qalmayacağına dair də açıqlama verilməyib.