25 iyun 2020 19:55
677

Hansi sahələrdə çalışanların sayı 50, hansılarda 30 faizdən çox olmamalıdır?

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 - saylı Qərara dəyişikliklər edilib. “İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir. Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.14.  qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları;

 9.2. tərcümə xidmətləri.

Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.