06 iyul 2020 18:16
5109

Hansı vitaminlər birlikdə qəbul edilməməlidir?

Hazırda uşaqdan tutmuş böyüyə qədər hər kəs vitamin mineral defisiti yaşayır və bu da orqanizmdə sistem və orqanların işini pozur. Bir çoxları elə özləri aptekdən ürəkləri istədiyi vitamini alıb təlimata əməl etmədən qəbul edərək, faydasını gözləyir. Halbuki bir çox vitaminlərin bir-biri ilə uzlaşmadığını və əksinə birlikdə qəbul etdikdə zərər verdiyini bilmək gərəkdir.

A vitamini + E və C

Bu vitaminlər hər biri yağda həll olunan vitaminlərdir. Ona görə bu vitaminləri qəbul etdiyiniz vaxtlar yağlı qida qəbuluna fikir verin və ya həmin gün mütləq yağ qəbul edin. Bu üçlük bir-birinə uyğundur və mane olmur. E vitamini vitaminləri qoruyur, gənclik vitaminidir, A vitamini immunitet və orqanizmin turşulaşmasına qarşı vitamindir, C vitamini isə bu iki vitamini gücləndirən təbii katalizatordur.

A vitamini dəmir və sinklə də uyğundur, bu minerallarla da eyni vaxtda qəbul edilə bilər.

B 2 vitamini + B6 vitamini

Bu vitaminlər cüt qəbul olunsa yaxşıdır. B 6 vitamini tək aktiv olmayan formada sadəcə orqanizmdən keçib gedir və belə deyək, xaric olur. Məhz B2 vitaminİ onu mənimsədir.

Vitamin B2 sinklə də əla uyğunlaşır, onun üçün təbii gücləndiricidir. Sinklə birgə B 2 qəbul etdikdə onun gücü artır və orqanizmi qoruyur.

B2 + kalsium

Bu vitamin kalsiumun miqdarına nəzarət edir, onun defisitinin qarşısını alır. B2 bədəndə az olanda kalsium orqanizmdən çox çıxır.

Vitamin B6 + maqniy

Bu cütlüyü gözəl tanıyırsınız, bir-birinə dayaq və köməkçidir. B6 vitamini maqniyin orqanizmdə mənimsənilməsini təmin edir.

Vitamin B9+ C vitamini

C vitamini B9-un toxumalarda ehtiyat toplanmasına kömək edir.

B 12 +kalsium

Kalsium olmadan B12-nin orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil.

Vitamin C +dəmir+xrom

Bu üçü bir-birinin yaxşı mənimsənilməsi üçün katalizator rolunu oynayır.

Vitamin D+ kalsium+ fosfor

D vitamini olmadan kalsiumun orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil. Bu üçünü birdən qəbul etmək olar. Əgər orqanizmdə D vitamini azdırsa, deməli kalsium da yoxdur. Ona görə bunları ayrı-ayrı təyin etmək nəticə vermir.

E vitamini + selen

E vitamininin antioksidant təsiri məhz selenin təsiri ilə on qat artır. Bu ikisi birlikdə hüceyrə və toxumaları zədələnmədən qoruyur, yeniləyir.

Vitamin K + kalsium

Bu cütlük sümüklərin möhkəmliyinə, ürək-damara cavabdehdir. K vitamini kalsiuma kömək edir ki, sümükləri bərpa edib bərkitsin. Eləcə də qanın düzgün laxtalanmasına cavabdehdir.

Bir-birinə uyğun olmayan və birgə qəbulu effektsiz vitaminlər:

B 1 vitamini +B2, B3

Bir qrupdan olan bu vitaminlər bir-birinə mənfi təsir edir və mane olub dağıdır.

B 9 vitamini + sink, B 12 vitamini + C vitamini + dəmir, E vitamini +dəmir

Bu cütlüyü yazanlar çoxdur, amma dəmir preparatı ilə E vitamini birlikdə qəti yolverilməzdir.

Dəmir + kalsium + maqniy + sink

Bu üçlük dəmirin səviyyəsini azaldır, dəmir tabletlərinin mənimsənilməsini zəiflədir.

R.Bədəlova, “İki sahil”