22 noyabr 2019 10:38
843

Hava limanında silahlı hücum - 30 milyon oğurlandı

Yekaterinburqun Koltsovo hava limanının terminallarından birində üç silahlı şəxs kişiyə hücum edərək onun içərisində 30 milyon rubl olan çantasını ələ keçirib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisədən sonra zərərçəkən travmatik silahdan aldığı yara səbəbindən xəstəxanaya yerləşdirilib.

Məlumata görə, silahlı şəxslərin qaçdığı ehtimal olunan maşın sonradan meşədə yandırılmış vəziyyətdə tapılıb.