05 noyabr 2019 18:01
109

Hazırda BP-də 2524 azərbaycanlı çalışır

2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub. Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə məlumat “BP-Azerbaijan” şirkətinin hesabatında yer alıb.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda bildirilir.