14 yanvar 2021 15:22
1944

Heç zaman qocalmayan gözəl qadın - FOTO

Dünyanın ən gözəl qadınlarından biri kimi tanınan məşhur model İnqmari Leminin 73 yaşı tamam olsa belə, o, cavanlaşmağa çalışmır və buna görə də yaşına baxmayaraq, olduqca təbii və cəlbedici görünür. Deyirlər ki, modellik karyerası artıq 35 yaşında bitir. Lakin İnqmari Lemi bunun əksini sübut edərək, hələ də sevdiyi işlə məşğul olur.

5 avqust 1947-ci ildə İsveçdə anadan olan İnqmari artıq  1960-cı illərin sonundan  bəri məşhur bir modelə çevrildi. Qeyd etmək lazımdır ki, 1970-ci illərdə beş il ərzində "Yves Saint Laurent" ətirinin üzü olan gözəl qadının çox maraqlı həyat hekayəsi var.Bəs  bu qadın necə məşhur oldu? Gənc qızcığaz tətildə olarkən Parisə yollanır və burada yerləşən   diskotekaların birində yerli bir fotoqrafın diqqətini çəkir.  Ertəsi gün fotoqraf ondan bəzi materiallar toplayaraq, şəkillərini çəkir. Özü də bilmədən onun fotoşəkilləri" Harpers Bazaar Magazine"də yerləşdirilir.Bundan sonra Lemi" Paris  Models International" ilə müqavilə imzalayır. Uğurlu bir model olan gənc  qadın  İtaliya, İngiltərə, Almaniya, ABŞ və vətəni İsveçdə çalışır.

1971-ci ilin sentyabrında   İtaliyanın "Vogue" jurnalının üz qabığı olan İnqmari modellər üçün təqaüdə çıxma vaxtı gələndə  ailəsi ilə birlikdə İspaniyanın Formentera adasına köçür. Yalnız 1991-ci ildə İsveçə qayıdaraq  öz dizayner geyim xəttini buraxır.  1992-ci ildə qeyri-adi gözəlliyi ilə məşhur fotoqraf  Magnus Reedin diqqətini çəkən İnqmari onunla işləməyə davam edir  və üç ildən sonra  karyerasını davam etdirmək üçün ABŞ-a gedir. İnqmari "qadınlar şərab kimidir, yalnız illər keçdikcə yaxşılaşırlar " ifadəsinin   canlı bir təsdiqidir. İnqmarinin düşüncələrinə görə,60 yaşında da bir qadın cazibədar və çəkici ola bilər.  Gözlərinizin parıltısı və yüngül bir təbəssüm ilə  təbii və gözəl ola bilərsiniz. Əsas odur ki, ürəyiniz gənc olsun.

Samirə Tağıyeva, "İki sahil"