12 avqust 2020 00:21
1466

“Hədəf”də gündəmin ən aktual mövzuları təhlil olunub VİDEO

Son günlər Azərbaycanın siyasi palitrasında bir neçə mövzu xüsusi aktuallığı ilə seçilir.Azərbaycanın regional siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, enerji təhlükəsizliyi, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və Sebiya ilə ikitərəfli əməkdaşlıq məsələləri də bu qəbildəndir.

Trend-in məlumatına görə, avqustun 11-də Azərbaycan Televiziyasının efirində yayımlanan “Hədəf” verilişində də bu mövzular müzakirə obyekti olub. Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və politoloq Zaur Məmmədov gündəmin prioritetləri ətrafında geniş fikir mübadiləsi aparıblar.