13 mart 2020 19:50
1015

Həftənin ən yaxşı futbolçusu seçilib

Martın 13-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

İtaliyanın “Atalanta” klubunun hücumçusu Yosip İliçiç səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

Otuz iki yaşlı futbolçu İspaniyada “Valensiya”nı 4:3 hesabı ilə məğlub etdikləri səkkizdəbir final mərhələsinin cavab görüşündə 4 qol vuraraq pokerə imza atıb.

Futbolçu səsvermədə Marsel Zabitceri (“Leyptsiq”, Almaniya), Xuan Bernatı (“Paris Sen-Jermen”, Fransa) və Yan Oblakı (“Atletiko Madrid”, İspaniya) qabaqlayıb.