16 yanvar 2020 10:52
162

Henderson İngiltərənin ən yaxşı kişi futbolçusu seçilib

“Liverpul” futbol klubunun yarımmüdafiəçisi Jordan Henderson İngiltərədə 2019-cu ilin ən yaxşı kişi futbolçusu seçilib.

29 yaşlı kapitan keçirilən səsvermədə “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq və “Tottenhem”in hücumçusu Harri Keyni qabaqlayıb.

J.Henderson ötən il ərzində İngiltərə millisinin heyətində 7 oyunda çıxış edib. O, 2019-cu ildə “Liverpul”un heyətində UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası dünya kubokunun qalibi olub.

Qeyd edək ki, İngiltərənin ən yaxşı qadın futbolçusu isə “Liverpul”un sabiq yarımmüdafiəçisi, indi isə Fransanın “Olimpik Lyon” klubunda çıxış edən Lusi Bronze olub.