22 aprel 2019 10:20
717

Hərbçilərimiz beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.