03 iyun 2020 18:12
1351

Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək. Müdafiə Nazirliyindən “İki sahil”-ə verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq. Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.