21 oktyabr 2019 19:00
1098

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb

Hərbi Dəniz Qüvvələrinin (HDQ) enerji infrastrukturunun mühafizəsi üzrə Xəzər dənizinin Azərbaycana aid hissəsində keçirdiyi taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.