23 sentyabr 2020 21:05
564

Hərbi helikopter qəzaya uğradı

Liviyanın mərkəzi hissəsində yerləşən əl-Cufra hərbi bazası yaxınlığında helikopter qəzaya uğrayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, helikopterdə özəl hərbi şirkətin döyüşçüləri olub. Onların dəqiq sayı barədə məlumat verilməyib.

Qəza baş verən ərazi əhatəyə alınıb. İtkilərin olub-olmaması məlum deyil.