05 dekabr 2019 13:06
1325

Hərbi hissəyə SİLAHLI HÜCUM

ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.

Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.

Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.

Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.

Hadisənin tarixi hücumun ildönümünə yaxın zamanda baş verməsi diqqət çəkir.