13 fevral 2019 11:16
126

“Hess” “Stabroek” blokunu ələ keçirməyə çalışır

Amerikanın “Hess Corporation” beynəlxalq enerji şirkəti  “Stabroek” blokundakı yüksək gəlir gətirən aktivləri əldə etməyə çalışır.  

Belə ki, şirkət  Qayananın ofşor hissəsində  yerləşən “Tilapia-1” və  “Haimara-1” quyularındakı 11 və 12-ci kəşfləri ilə  kəşfiyyat potensiallı aktivlərini artırmağı düşünür.  Kəşflərin həcmi  5 milyard barrel neft ekvivalenti təşkil edir.

“İki sahil” “nasdaq.com” saytına istinadən xəbər verir ki, blokda bu günə qədər ən çox tanınan kəşflər “Liza”, “Payara”, “Liza Deep”, “Snoek”, “Turbot”, “Ranger”, “Pacora”, “Longtail”, “Hammerhead-1” and “Pluma-1” olub. 

“Tilapia-1” quyusu yüksək neft potensialına malik qumdaşlarının əhatə olunduğu rezervuarın 305 kilometrliyində yerləşir. Sözügedən quyuda qazma işləri bu il yanvar ayının 7-də tamamlanıb. Quyunun qazılmasında  “Noble Tom Madden”  qazma gəmisindən istifadə olunub.  Digər “Haimara-1” quyusu isə  yüksək qaz kondensatı potensialına malik qumdaşlarının əhatə olunduğu rezervuarın 63 metrliyində yerləşir.  Sözügedən quyuda qazma işləri 2019-cu ilin yanvar ayının 3-də bitib.  Quyunun qazılmasında “Stena Carron” qazma gəmisindən istifadə olunur.  Kəşflərin aşkar olunduğu quyular “Stabroek” blokunda yerləşir, blok ümumilikdə 26,800  kvadratkilometrdir və “Hess”  şirkəti 30%  payın sahibidir.