06 fevral 2019 15:26
261

Heydər Əliyev Fondunun nümayəndələri zəlzələ bölgəsində FOTO

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri ötən gecə zəlzələ olan bölgələrdə dağıntılar qeydə alınan yerlərdə sakinlərlə görüşüb.

Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hər bir sakinin evində olan RİİB nümayəndələri mövcud vəziyyət barədə məlumatlar toplayır və onların həlli üzrə müvafiq icra strukturları ilə birgə işlər aparır.

Sakinlərin hər birinin zəlzələdən sonrakı problemlərinin qısa müddət ərzində həll ediləcəyi bildirilib.