13 fevral 2020 19:41
1155

Heydər Əliyev prospektində qəza olub

Paytaxtın Heydər Əliyev prospektinin hava limanı istiqamətində (Ramana körpüsü yaxınlığında) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Qəza səbəbindən qeyd edilən yolda sıxlıq yaranıb.