04 dekabr 2020 19:28
1250

Hikmət Əlizadə: Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib: “Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır”.