29 noyabr 2020 09:52
878

Hikmət Hacıyev: “Qarabağ” sürgündə olan yeganə futbol klubu idi

"İşğaldan azad edilmiş Ağdamda "Qarabağ" futbol klubu yığmasının üzvləri ilə birgə olmaqdan məmnunam".

"İki sahil" bildirir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb. 

""Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi. İndi onlar öz doğma şəhərlərinə qayıtdılar", - deyə Hacıyev əlavə edib.