27 iyun 2020 14:02
434

Hindistanda daha 18 552 nəfər koronavirusa yoluxub

Hindistanda son sutkada koronavirusa 18 552 nəfər yoluxub və 384 nəfər ölüb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, bununla da yoluxanların ümumi sayı 508 953-ə, ölənlərin sayı isə 15 685 nəfərə çatıb. Eyni zamanda yoluxanlardan 295 880 nəfər sağalıb.

Ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatına görə, son 7 gündə ölkədə gündəlik yoluxanların sayı 14 mindən artıqdır. Yoluxanların ümumi sayı 400 minə çatandan cəmi 6 gün sonra, yəni dünən - cümə günü bu rəqəm 500 mini ötüb.

O cümlədən paytaxt Dehlidə son 24 saat ərzində COVID-19 virusuna 3 460 nəfərin yoluxduğu, 2 326 nəfərin sağaldığı və 63 nəfərin öldüyü bildirilir. Nəticədə yoluxanların sayı 77 240 nəfərə, sağalanların sayı 47 901 nəfərə, ölənlərin sayı isə 2492 nəfərə çatıb.

Hazırda Hindistan koronavirusa yoluxanların ümumi sayına görə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.