11 yanvar 2020 19:34
151

Hindistanda qaz zavodunda partlayış baş verib

Hindistanın Qucarat ştatında yerləşən qaz zavodunda partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış sənaye və tibbi məqsədlər üçün istehsal olunan qaz zavodunda baş verib.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.