08 dekabr 2019 11:56
212

Hindistanda yanğında azı 35 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə fabrikdə baş verən güclü yanğında azı 35 nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər 5:22-də paytaxtın Anac Mandi bölgəsində baş verib. Dərhal hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Xilasedicilər 50 nəfəri xilas edə biliblər. Onlar arasında yaralılar və tüstüdən zəhərlənənlər var. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Bir neçə saat ərzində yanğın söndürülüb. Hazırda axtarış işləri aparılır. Ölü və yaralı sayının çoxalması istisna ediilmir.