12 noyabr 2019 10:29
566

Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

Noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

İclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.