25 yanvar 2020 12:53
944

Hotelə silahlı hücum olub, ölənlər var

Ötən gün naməlum şəxslərin Meksikanın mərkəzindəki Quanaxuato ştatındakı “San Fernando” hotelinə hücumu nəticəsində 9 nəfər ölüb.

Hücumda iştirak edən silahlı mülki şəxslər yolsuzluq avtomobilləri ilə hadisə yerindən qaçıblar.

Faktla bağlı istintaq başlanıb. Hücumun arxasında kimin dayandığı bağlı məlumatlar açıqlanmayıb.

“Televisa” telekanalının hesablamalarına görə, yanvarın 24-də Quanaxuatoda, ümumilikdə, 22 qətl hadisəsi qeydə alınıb.

Meksika Milli İctimai Təhlükəsizlik Sisteminin İcra Katibliyinin məlumatına görə, 2019-cu ildə ölkədə azı 35,5 min qəsdən adamöldürmə hadisəsi baş verib. Bu, federal səviyyədə qeydiyyatın aparıldığı müddət ərzində bu tip cinayətlərin rekord sayıdır. Respublikanın minlərlə sakininin ölümünə görə məsuliyyət narkotik mafiyasının üzərinə düşür. Ən yüksək zorakılıq səviyyəsi azı 3500 nəfərin öldüyü Quanaxuatoda qeydə alınıb.

“Report”