29 iyul 2020 16:34
431

Hulusi Akar: ABŞ Ermənistana xəbərdarlıq etməlidir

Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda fəaliyyət göstərən Türk Miras Təşkilatının onlayn qaydada keçirdiyi iclasda bildirib.

Nazir qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana hərbi hücumlardan çəkinməsi və münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir. //Azvision.az