11 avqust 2020 19:13
1229

Hulusi Akar: Mübarizə davam etdiriləcək

Türkiyənin Aralıq dənizinin şərqində hüquqlarının və maraqlarının qorunması üçün lazımi tədbirlər görülüb

 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizinin şərqində ölkəsinin hüquqlarının və maraqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, nazir Baş Qərargahın zabitləri, bölgədəki hərbi birləşmələrin və bölmələrin komandirləri ilə keçirdiyi videokonfransda Aralıq dənizinin şərqində - Kipr adası sahillərində seysmik araşdırmalar aparacaq Türkiyənin “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisi ilə bağlı açıqlama verib. Diqqətə çatdırıb ki, Türkiyə beynəlxalq hüquqa söykənən haqq və maraqlarını qorumaq üçün bütün lazımlı tədbirləri görüb.

Ölkəsinin terrorizmə qarşı mübarizəsindən danışan Hulusi Akar bildirib ki, sonuncu terrorçu zərərsizləşdirilənədək bu mübarizə davam etdiriləcək.